Həccə getmək istəyənlərin nəzərinə: Müddət uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

Həccə getmək istəyənlərin nəzərinə: Müddət uzadıldı

Din

31 Mart 2025 17:40 1889


Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Oxu.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, hazırda həcc ziyarəti üçün sənəd qəbulu davam edir: Dominos pizza

"Həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatı davam edir. Sənəd qəbulunun müddəti daha yarım ay uzadılıb".

Qeyd edək ki, Azərbaycanlı zəvvarların həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!