Həccə vizasız gələnlərin cəzası açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Həccə vizasız gələnlərin cəzası açıqlandı

Din

14 İyun 2023 16:31 9254


Səudiyyə Ərəbistanı Həcc ziyarəti zamanı Məkkəyə qeyri-qanuni giriş üçün cərimə məbləğini açıqlayıb.

Yenisabah.az SPA-ya istinadla xəbər verir ki, ötən illə müqayisədə bu məbləğ 5 dəfə artırılıb.

Səudiyyə Ərəbistanının İctimai Təhlükəsizlik Nazirliyi Həcc zamanı Məkkəyə icazəsiz daxil olmağın qadağan olunduğunu və icazəsiz Məkkəyə daxil olan hər kəsin cərimələnəcəyini bildirib. Həmin şəxsə 6 ay həbs cəzası və 50 min rial məbləğində pul cəzası kəsiləcək. pizza mizza

Nazirlik xatırladıb ki, zəvvarlar Həcc vizası almalıdır və bu günlərdə digər vizalar etibarlı deyil.

Qeyri-qanuni yollarla səyahət edənlərin nəqliyyat vasitələri müsadirə ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!