Hədəfimiz Ukraynada axan qanı dayandırmaqdır - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

Hədəfimiz Ukraynada axan qanı dayandırmaqdır - Ərdoğan

Siyasət

13 Oktyabr 2022 10:52 748


"Hədəfimiz Ukraynada axan qanı dayandırmaqdır. Ona görə də Rusiya-Ukrayna müharibəsi ədalətli sona çatmalıdır.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada keçirilən Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) 6-cı Zirvə Toplantısında bildirib.

Ərdoğan qeyd edib ki, məqsəd sahədəki çətinliklərə baxmayaraq əldə edilən sürəti qoruyub saxlayaraq, axan qanların ən qısa zamanda dayandırılmasını təmin etməkdir. Pepperoni pizza

Prezident sammitdə dünyaya müraciət edərək, Rusiya-Ukrayna müharibəsində ədalətli sülhün təmin edilməli olduğunun vacibliyini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!