Həftənin   ən şanslı bürcləri

saytların hazırlanması

Evə çatdırılma

Həftənin ən şanslı bürcləri

Maraqlı

02 İyun 2025 08:38 447


Bu həftə ulduzlar bəzi bürclərin yolunu xüsusi aydınlatmağa qərarlıdır.

Yenisabah.az xəbər verir ki, istər iş, istər münasibətlər, istərsə də şəxsi inkişaf baxımından bu 3 bürc üçün fürsətlərlə dolu bir həftə gözlənilir:

Şir (23 iyul – 22 avqust) pizza

Bu həftə Şirləri güclü enerjilər müşayiət edir. İctimai həyatda parlayacaq, tanışlıq dairəniz genişlənəcək. Yaradıcı ideyalarınız diqqət çəkəcək və rəhbərlik tərəfindən dəstəklənəcəksiniz. Maliyyə baxımından da müsbət sürprizlər mümkündür.

Şanslı sahə: Karyera və sosial əlaqələr

Uğurlu gün: Cümə axşamı

Oxatan (22 noyabr – 21 dekabr)

Oxatanlar üçün bu həftə səyahət, öyrənmə və yeni başlanğıclarla zəngin ola bilər. Qarşınıza çıxan fürsətləri düzgün dəyərləndirsəniz, uzunmüddətli qazanc əldə edə bilərsiniz. Həm də ruh halınız yüksək olacaq.

Şanslı sahə: Təhsil, yaradıcılıq və plan qurma

Uğurlu gün: Çərşənbə

Buğa (20 aprel – 20 may)

Buğalar bu həftə həm sevgi, həm də maddi sahədə rahat nəfəs alacaqlar. Qəfil gələ biləcək maddi dəstək və ya yeni gəlir mənbəyi sizi sevindirə bilər. Həmçinin münasibətlərdə ahəng yaranacaq.

Şanslı sahə: Maliyyə və şəxsi münasibətlər
Uğurlu gün: Bazar ertəsi  (Musavat.com)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!