Həkəridəki nəzarət-buraxılış məntəqəsində yoxlanış: Ermənilərlə hansı dildə danışaq?

saytların hazırlanması

Evə çatdırılma

Həkəridəki nəzarət-buraxılış məntəqəsində yoxlanış: Ermənilərlə hansı dildə danışaq?

Rəsmi

02 May 2023 14:37 1868


“Xankəndi-Laçın yolunda yerləşən nəzarət-buraxılış məntəqəsindən Qarabağa keçən ermənilərin hansı rus, hansı Azərbaycan dillərini bilir? Bu suala cavab tapmaq lazımdır”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib. 

Hərbi ekspert Həkəri körpüsü üzərində qurulan nəzarət-buraxılış məntəqəsində dayan sərhədçilərimizlə sıravi ermənilər arasında baş tutan dialoqlarda rus dilinin işlənməsindən söz açıb.  Toyuqlu pizza

Xatırladaq ki sosial şəbəkələrin Azərbaycan seqmentində təklif olunur ki, Laçın NBM-dən keçən ermənilərlə yalnız Azərbaycan dilində ünsiyyət qurmaq lazımdır. Ona görə ki, onların çoxunun Azərbaycan dilini bilməsi ilə yanaşı, həm də bu, onların üzərinə Azərbaycan ərazilərində yaşadıqları üçün bir məsuliyyət də qoyacaq. 

Öz növbəsində, Ə.Verdiyev söyləyib ki, bunlar texniki məsələlərdir və zamanla həll olunacaq: 

“Mən burada böyük bir problem görmürəm. Vacib olan budur ki, həmin nəzarət-buraxılış məntəqəsi qurulub, oradan keçən bütün nəqliyyat vasitələri, o cümlədən də ruslara aid olan maşınlar da lazer-skanerləri vasitəsilə yoxlanılır, ərazimizə artıq silah-sursat daşınmır. Müzakirə etməli olduğumuz mövzular bunlardır”. 

Mayor əmin edib ki, dil məsələsi texniki məsələdir və yaxın zamanda bu, öz həllini tapacaq:

“Düşünmürəm ki, nəzarət-buraxılış məntəqələrimizdəki əməkdaşlarımız yalnız Azərbaycan dilində danışmalıdır. Əksinə, onlar ingilis və rus dillərini də bilməlidir. Burada problemli bir məsələ yoxdur. Çünki cəmi 1 həftədir bu nəzarət-buraxılış məntəqəsi qurulub”.

O, sosial şəbəkələrdə yazılan təkliflərə də münasibət bildirib:

“Bəziləri istəyir ki, 30 il ərzində ermənilərin qondarma qurumdan aldığı pasportları da 2 günə dəyişək, onlara dilimizi də öyrədək və s. Biz də istəyərək ki, bu işlər qısa müddətdə baş versin. Amma 2 gün ərzində sərhədçilərdən və gömrük orqanlarından bunu tələb etmək həqiqətən də haqsızlıq olur”. 

Hərbi ekspert əlavə edib ki, zamanla ermənilər dilimizi öyrənəcək:

“Onsuz da inteqrasiya prosesində Qarabağ erməniləri Azərbaycanın dilini də, himnini də öyrənəcəklər. Amma bunun üçün bir qədər zaman tələb olunur. Bunlar elə də rahat proseslər deyil. Tutaq ki, biz oturaq Laçında, amma Xankəndidə yaşayan erməninin Azərbaycan dilini öyrənməsini təmin edək. Hadisələrə real yanaşmaq lazımdır. Maksimalist ideyalar və təkliflər, əsasən, ziyanımıza ola bilər”. 

“Biz addım-addım, yavaş-yavaş hədəflərimizə doğru getməli və bu hədəflərdən də geri addım atmamalıyıq. Hesab edirəm ki, dil məsələsi ilə bağlı təklif olunan problemlər öz həllini tapacaq. Yenə deyirəm, zamana ehtiyac var”, - fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!