Həkim 18 ildən sonra doğulan uşağı öldürdü –   Şah damarını kəsib

saytların hazırlanması

Evə çatdırılma

Həkim 18 ildən sonra doğulan uşağı öldürdü – Şah damarını kəsib

Sağlamlıq

17 İyul 2019 06:49 3506


Bakıda özəl klinikalardan birində baş vermiş ölüm hadisəsi ilə bağlı cinayət işi açılıb.

“Yeni Sabah” xəbər verir ki, News24.az-ın məlumatına görə, Xətai rayonu ərazisindəki özəl klinikada 8 yaşlı Tunar İsayev burun-boğaz əti əməliyyatı edilərkən həkimin səhlənkarlığından o ölüb. Belə ki, azyaşlı oğlanın boğazının şah damarı kəsilib və o, əməliyyat masasında keçinib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda həkim N.Yaqubova barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci, yəni səhlənkarlıq, ölümlə nəticələndikdə maddəsi ilə iş açılıb. Qadın cərrah barəsində cinayət işində ölən uşağın atası Rafiq İsayev zərərçəkmiş şəxs qismində tanınıb. Artı cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Dominos pizza

Cinayət işinin materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib və hakim İbrahim İbrahimlinin icraatına verilib.

Qeyd edək ki, klinikada faciəli şəkildə ölən Tunarın ailəsinin uzun müddət övladı olmayıb və o, 18 illik həsrətdən sonra dünyaya gəlibmiş.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!