Həkim əvəzinə süni intellektə güvəndi,   5 il ÖMRÜ qaldı

saytların hazırlanması

Evə çatdırılma

Həkim əvəzinə süni intellektə güvəndi, 5 il ÖMRÜ qaldı

Sağlamlıq

09 Sentyabr 2025 13:51 509


İrlandiyada yaşayan 37 yaşlı Varren Tierney boğaz ağrısı və udqunma çətinliyi səbəbindən həkimə getmək əvəzinə süni intellektə (ChatGPT) müraciət edib. AI onun simptomlarını ciddi qəbul etməyərək "problem yoxdur" cavabı verib.

Yenisabah.az xəbər verir ki, Tierney buna güvənərək həkimə getməyi gecikdirib. Ağrılar dözülməz hala gələndə müraciət etdiyi həkimlər ona yemək borusu xərçəngi diaqnozu qoyublar. Xəstəlik artıq irəlilədiyi üçün həkimlər onun ömrünün təxminən 5 il olduğunu bildiriblər.

Tierney bildirib ki, süni intellekt insanlara "eşitmək istədiyi cavabı" verir, amma tibbi məsələlərdə həkim məsləhətinin əvəzini verə bilməz. Hadisədən sonra OpenAI AI texnologiyalarının tibbi diaqnoz üçün istifadəsinin yolverilməz olduğunu bir daha vurğulayıb./BAKU.WS pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!