Həkim planşet, telefonlarla bağlı valideynlərə çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

Həkim planşet, telefonlarla bağlı valideynlərə çağırış etdi

Sağlamlıq

24 May 2019 13:33 1176


Azərbaycanda hazırda ümumi oftolmoloji müayinələr zamanı insanlar arasında daha çox refraks patologiyası (yaxından görmə, uzaqdan görmə, astiqmatizm və s .) aşkarlanır.

"Yeni Sabah" xəbər verir ki, bunu akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva deyib.

Y.Abdıyeva bildirib ki, refraks patologiyasına uşaqlar arasında daha çox rast gəlinir: pizza mizza

“Planşet, telefon və televizorlardan 2 yaşadək uşaqların istifadəsinə məhdudiyyət qoyulmalıdır. Çünki planşetlərdən, telefonlardan düzgün olmayan şəkildə istifadə edilmə uşaqlarda kompüter görmə sindromuna səbəb olur. Göz xəstəliklərinin profilaktikası üçün düzgün qidalanmaya, kitab oxuma zamanı ara məsafənin 30 sm olmasına xüsusi diqqət yetirilməlidir.

Televizoru izləmə məsafəsi optimal şəkildə seçilməli, işığın düşməsinə xüsusi diqqət yetirilməlidir.Ona görə analar həm gələcəyimiz olan körpələrimizi qidalandırmalı, həm də onları gözün profilaktikası üçün digər zərərli vərdişlərdən uzaq tutmalıdırlar”.

O qeyd edib ki, hazırda dünyada 40 milyondan çox insan korluqdan əziyyət çəkir: “Əgər 2020-ci ilədək korluğun qarşısının alınması üçün profilaktik tədbirlər görülməsə, bu rəqəm 80 milyon olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!