Həkim xəstənin görüntüsünü icazəsiz paylaşarsa…   - Hansı CƏZASI VAR?

saytların hazırlanması

Evə çatdırılma

Həkim xəstənin görüntüsünü icazəsiz paylaşarsa… - Hansı CƏZASI VAR?

Sosial

25 İyul 2026 16:32 414


Son illər tibbi əməliyyat prosesindən çəkilən görüntülərin sosial şəbəkələrdə paylaşılması hallarına daha çox rast gəlinir. Bəzi hallarda bu cür videolar tibbi maarifləndirmə, yeni müalicə üsullarının təqdimatı və ya həkimin peşəkar fəaliyyətinin nümayişi məqsədi daşısa da, həmin görüntülərin paylaşılması etik və hüquqi baxımdan bir sıra suallar yaradır.

Həkim apardığı uğurlu əməliyyatı, mürəkkəb tibbi müdaxiləni və əldə olunan nəticəni ictimaiyyətə təqdim etmək istəyə bilər. Lakin burada əsas məsələ xəstənin şəxsi məlumatlarının və tibbi sirrinin qorunmasıdır. Əməliyyat zamanı çəkilən görüntülər təkcə tibbi proses deyil, eyni zamanda pasiyentin şəxsi həyatına aid məlumat hesab olunur.

Bəs həkim xəstənin razılığı olmadan əməliyyat görüntülərini, müalicə prosesini və nəticələrini sosial şəbəkələrdə paylaşa bilərmi? Bu zaman xəstənin hüquqları necə qorunur? Görüntülərdə şəxsin kimliyi görünməsə belə, həmin materialların yayılması üçün pasiyentin əvvəlcədən məlumatlandırılmış razılığı tələb olunurmu? Pepperoni pizza

''Yeni Sabah'' xəbər verir ki, Bizim.Media mövzuyla əlaqədar hüquqşünas Ramil Süleymanovun fikirlərini öyrənib.

O bildirib ki, xəstənin məlumatı olmadan onun hər hansı bir xəstəliklə bağlı görüntülərinin paylaşılması şəxsi həyatın toxunulmazlığı hüququnun pozulmasıdır və xəstənin bununla əlaqədar həkimə, xəstəxanaya qarşı  iddia qaldırmaq, maddi, mənəvi zərəri tələb etmək hüququ var:

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı, "Şəxsi həyatın toxunulmazlığını pozma" maddəsi, o cümlədən 309-cu, "Vəzifə səlahiyyətlərini aşma" maddəsiylə həmin həkimlər barəsində cinayət işi başlanıla bilər", - deyə müsahibimiz vurğulayıb.

Bəs həmin həkimi hansı məsuliyyət gözləyir? 

"Belə halda həkimə aparılan istintaq nəticəsində məhkəmə tərəfindən 2000-dən 4000 manata qədər məbləğdə cərimə cəzası 2 ilə qədər islah işləri cəzası verilə bilər. Həmçinin 3 ilə qədər müddətə müəyyən vəzifə tutma, fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmək və 3 ilə qədər azadlıqdan məhrumetmə cəzaları da təyin oluna bilər", - deyə Ramil Süleymanov qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!