Həkim Seyfəddin Əsəd sağlam qalmağa dair tövsiyəsini verib.
"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, onun fikrincə, sağlam həyatın tərkib hissələrindən biri erkən yuxudan qalxmaqdır:
“Hindistanda axşam 21:00-da hamı yatırdı, səhər tezdən 04:00-da yuxudan oyanırdılar. Dərs oxuyan, iş görən… Deyirdilər ki, səhər 04:00 beyinin ən açıq vaxtıdır. 02:00-dan sonra xoşbəxtlik hormonu ifraz olunmur. Xoşbəxtlik hormonu axşam saat 22:00-dan 02:00-a qədər ifraz olunur. Bunu yapon alimləri müəyyən ediblər. 02:00-dan 05:00-a qədər orta yuxudur. 05:00-dan sonra heç yatma. pizza sifarişi
Bizdə gecə 02:00-dən sonra yatır, sonra da deyirlər ki, həkim, mən belə deyildim, əsəblərimə nə oldu? Yaddaşıma nə oldu? İtirmişəm yaddaşımı. Təzyiqim niyə belə dəyişib? Həyatım niyə dəyişir? Cavan adamam, niyə cinsi həvəsim, həyata sevgim öldü?
Başa düşmür ki, bütün varlıq saatla çalışır. İnsanlarda olan orqanların dincəlmə saatı var. Sən qaraciyərin dincəlmə saatında yemək yeyib, qaraciyəri öd ifrazına məcbur edəcəksənsə, təbii ki, o qaraciyər tezliklə sıradan çıxacaq”.
Telegram kanalımız