Həkimi qayçı ilə öldürüb quyuya atdılar – Bakıda

Həkimi qayçı ilə öldürüb quyuya atdılar – Bakıda

Hadisə

26 Oktyabr 2019 08:00 2444


Bakıda tanınmış diş həkimi amansızlıqla qətlə yetirilib. 

“Yeni Sabah” Criminal.az-a istinadən xəbər verir ki, Elvin Həbibzadəni öldürərək su quyusuna atıblar. Məlumata görə, 32 yaşlı E.Həbibzadə oktyabrın 14-dən 10-VP-103 dövlət qeydiyyat nömrəli "BMW" avtomobili ilə birlikdə yoxa çıxıb. 

E.Həbibzadə qeyd olunan tarixdə səhər işə gedib. Daha sonra işdən çıxaraq naməlum istiqamətdə yoxa çıxıb. Yol müşahidə kameraları onu sonuncu dəfə 10-VP-103 dövlət qeydiyyat nömrəli "BMW" avtomobili ilə Sulutəpə qəsəbəsinə gedən yolda qeydə alıb. 

Dünən isə onun meyiti Xəzər rayonu ərazisində su quyusundan tapılıb.

Mərhumun qardaşı Elçin Həbibov sayta açıqlamasında bildirib ki, qardaşını iki nəfər tamah məqsədi ilə öldürüb. Onlar oktyabrın 14-də E.Həbibovun boğazını qayçı ilə kəsərək öldürüb, sonra isə izi itirmək üçün su quyusuna atıb.

Qardaşının sözlərinə görə, Elvinə məxsus "BMW" markalı avtomobili isə hissələrə bölərək satmaq istəyiblər. 

Faktla bağlı Binaqədi rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!