Türkiyədə küçə davasında ürəyindən bıçaqlanaraq ağır yaralanan Olcay Savandıran xəstəxanada dəfələrlə ölümdən dönüb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kuşadası Dövlət Xəstəxanasının həkimləri ürəyi dəfələrlə dayanan kişiyə ürək masajı edərək bir neçə dəfə həyata qaytara bilib. Buna baxmayaraq, həkimlər xəstənin vəziyyətinin ağır olduğu, həyati təhlükəsinin davam etdiyi bildirib.
Onu bıçaqlayan şəxs isə polis tərəfindən yaxalanıb. Pepperoni pizza
Telegram kanalımız