“Həkimlər demişdi 3 günə öləcək, 5 gündür yaşayır” -   Şairin həyat yoldaşı

saytların hazırlanması

Evə çatdırılma

“Həkimlər demişdi 3 günə öləcək, 5 gündür yaşayır” - Şairin həyat yoldaşı

Mədəniyyət

08 Oktyabr 2025 12:46 543


“Həkimlər demişdilər ki, heç bir ümid yoxdur, 3 gün vaxt qoymuşdular ki, bu müddət ərzində öləcək. Artıq 5 gündür evdədir. Huşu özündədir, ürəyi də fəaliyyətdədir”.

Bunu “Yeni Sabah”a açıqlamasında şair Əlisəmid Kürün həyat yoldaşı Mətanət Mehdiyeva deyib.

Onun sözlərinə görə, oktyabrın 4-də Respublika Klinik Xəstəxanasından evə köçürülən şairin vəziyyəti ağır olaraq qalır: Dominos pizza

“Səhhətində heç bir irəliləyiş yoxdur. Həkim nəzarətində deyil. Xəstəxanadan bizə deyilmişdi ki, artıq heç bir ümid yoxdur, evə aparın. Biz də gətirdik. Qan analizi üçün evə həkim çağırmışıq. İndi onu gözləyirik”.

M.Mehdiyeva bildirib ki, Ə.Kürün dostları tez-tez şairin durumu ilə maraqlanırlar: “Sadəcə dostlarının diqqəti üzərindədir. Maraqlanan hər kəsə təşəkkü edirəm”.

Qeyd edək ki, Ə.Kürün 71 yaşı var. Sentyabrın 15-də onun səhhətində problemlər yaranıb. Şair Respublika Diaqnostika Mərkəzinə yerləşdirilsə də, daha sonra onun müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi. Şair artıq 5 gündür ki, evə buraxılıb.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!