Həlak olanların sayı 64-ə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Həlak olanların sayı 64-ə çatdı

Dünya

23 Mart 2019 12:30 896


Çinin Ciansu vilayətində kimyəvi məhsullar istehsal edən zavodda baş verən partlayış və ardınca yaranan yanğın nəticəsində ölənlərin sayı 64-ə çatıb.

Martın 21-də sənaye parkındakı kimyəvi məhsullar istehsal edən zavodda baş verən güclü partlayış və meydana gələn yanğın nəticəsində yaralananlardan 21-nin vəziyyəti kritik olaraq qalır. Ümumilikdə, 650 nəfərə tibbi yardım göstərilib. Ətrafdakı istehsalat sahələrindən və yaşayış binalarından 3 min fəhlə və minə yaxın sakin təxliyə edilib.

Çin Xalq Respublikasının Sədri Si Cinpin axtarış işlərinin sürətləndirilməsi barədə tapşırıq verib. BMT-nin baş katibi Antonio Quterreş hadisə ilə əlaqədar başsağlığı verib. Toyuqlu pizza

Qeyd edək ki, partlayış və yanğın ətraf əraziyə ciddi ziyan vurub. Yaxınlıqdakı digər istehsal sahələri dağılıb, binaların şüşələri sınıb. Orta məktəblərdə və uçaq bağçalarında dərslər təxirə salınıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!