“Hələ kağız üzərində olmayan söhbətlər var...” - Artur Ovanisyan

saytların hazırlanması

Evə çatdırılma

“Hələ kağız üzərində olmayan söhbətlər var...” - Artur Ovanisyan

Siyasət

13 Oktyabr 2022 07:43 1772


Ermənistanda hakim parlament fraksiyasının katibi Artur Ovanisyan deyib ki, hazırda Qərbin və Rusiyanın təklifləri müzakirə olunur.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ovanisyan bu təkliflər və onların arasındakı fərqlər barədə konkret məlumat verməyib.  Son günlərdə Rusiya Qərbi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi danışıqlarına “balanssız yanaşmada” ittiham edib.

Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bildirib ki, Avropa İttifaqı nəyin bahasına olursa olsun Azərbaycan-Ermənistan tənzimləməsinə “soxulmağa” can atır. Marqarita pizza

Ermənistan Milli Məclisində hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Ovanisyan oktyabrın 12-də deyib:

“Qərb tərəfdən də təkliflər var, Rusiya tərəfindən də... Mən hesab etmirəm ki, bunun detallarına varmağa ehtiyac var. Çünki xarici işlər nazirlərinin görüşləri planlaşdırılıb, yəni hələ kağız üzərində olmayan söhbətlər var. Odur ki, mən danışıqların nüansları barədə indi danışmağı məqsədəuyğun hesab etmirəm. Düşünürəm ki, ən azı diplomatiya baxımından bu səhv olardı. Amma mən əminliklə deyə bilərəm ki, bizim rusiyalı partnyorlarımızın və qərbli partnyorlarımızın təkliflərinə münasibətimiz eynidir. Yəni bizim qırmızı xəttimiz Ermənistan Respublikasının ərazi bütövlüyüdür. Bu, hər hansı eksterritorial yolların müzakirəsini istisna edir. Biz hansı tərəflə daha effektiv həll tapacağıq? Əlbəttə biz açığıq, işləyirik, konstruktivik və sərhədlərimiz ətrafındakı situasiyanı mümkün qədər tez tənzimləməyə çalışırıq”.

Ovanisyan bunu da bildirib ki, Cenevrə danışıqlarında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə sülh müqaviləsinin hazırlanması tapşırılsa da, hələ ortalıqda mətn yoxdur.

Deputat bildirib ki, bu barədə razılaşdırılmış detallar var və bunlar müzakirə olunur. Ovanisyan detalların nədən ibarət olduğunu açmayıb.

O bildirib ki, hazırda Azərbaycan və Ermənistanın beynəlxalq partnyorların təkliflərinə münasibəti müzakirə olunur: “Hazırda biz beynəlxalq partyorlarımızın təkliflərini müzakirə edirik. Təbii ki, bu kontekstdə bizim təkliflərimiz və Azərbaycanın təklifləri də müzakirə olunur”.

Azatutyun yazır ki, Erməni tərəfi öz təkliflərinin nədən ibarət olduğunu bildirməsə də, Azərbaycan Yerevana “sülh müqaviləsinin genişləndirilmiş elementlərinin” təqdim olunduğunu bildirib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Ermənistan tərəfi bu təkliflərlə tanış olmaq üçün vaxt istəyib. Bayramovun sözlərinə görə “genişləndirilmiş elementlər” Azərbaycan tərəfinin sülh müqaviləsi üçün təklif etdiyi beş prinsipi tamamlayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!