“Hələ ki, Paşinyan geri addım atmayıb” - Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

“Hələ ki, Paşinyan geri addım atmayıb” - Ərdoğan

Siyasət

14 İyun 2023 21:36 1775


“Hələ ki, Paşinyan geri addım atmayıb”.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı deyib.

“Türkiyə tərəfinin dəvətinə müsbət cavab verən Paşinyan ölkəsində bir çox maneələri və müxalif əhvali-ruhiyyəni dəf edib. Mərasim zamanı onunla qısaca ünsiyyət qurmaq imkanım oldu. Türkiyəyə səfərinə görə minnətdarlığını bildirdi”, -deyə Ərdoğan qeyd edib. Sezar pizza

Türkiyə lideri Ermənistanın Baş nazirinin Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı sözlərini vacib məqam kimi qiymətləndirib: 

“Amma əvvəl də dediyim kimi, Ermənistanda Paşinyana qarşı mənfi fikirlər var. Və bu, çox vacib bir məqamdır. Hələ ki Paşinyan geri addım atmayıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!