“Hələ Naxçıvanda sular durulmayıb“ - Aqil Abbas

saytların hazırlanması

Evə çatdırılma

“Hələ Naxçıvanda sular durulmayıb“ - Aqil Abbas

Siyasət

02 Dekabr 2022 17:17 906


Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun bu gün parlamentin plenar iclasında Naxçıvan barəsində səsləndirdiyi fikirlər müzakirəyə səbəb olub. Deputatın “Naxçıvan həssas bölgədir və həssas bölgə ilə bağlı erməninin öyrətdiyi adamlar fikir söyləyirlər” deməsi birmənalı qarşılanmayıb.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, Milli Məclisin deputatı Aqil Abbas həmkarını dəstəkləyib:

“Siyavuş Novruzov Naxçıvandandır. Elə Naxçıvandan da deputat seçilib. Hələ Naxçıvanda sular durulmayıb. İndidən çoxlu “feyk”  xəbərlər yayırlar. Naxçıvanın statusunun ləğv edilməsi-filan... pizza sifarişi

O da təəssübünü çəkir. Kimsə Ağdamın, Ağcəbədinin əleyhinə danışsa, mən də müəyyən bir cavab verərəm. Siyavuş Novruzov deyib, deyib də, öz fikrini bildirib. Burda nə pis şey var ki? Çünki ermənilər çoxdan hazırdırlar ki, Naxçıvanı işğal etsinlər. Ola bilər, Siyavuş Novruzov bunu bir az sərt deyib. Nə deyək?!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!