“Hələlik Rusiya ilə Ukrayna arasında razılaşma yoxdur“   - Lavrov

saytların hazırlanması

Evə çatdırılma

“Hələlik Rusiya ilə Ukrayna arasında razılaşma yoxdur“ - Lavrov

Xalqın səsi

01 Aprel 2022 14:49 799


Rusiya ilə Ukrayna arasında danışıqlarda irəliləyiş var.

Yenisabah.az xəbər verir ki, bu barədə cümə günü Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

Lavrov detallar barədə danışarkən deyib ki, söhbət Ukraynanın blok ölkə olmasının qeyri-mümkünlüyündən, onun NATO-da xoşbəxtlik axtarmasının mümkünsüzlüyündən, qeyri-nüvə dövləti olmasından, neytral statusundan gedir. pizza hut

Eyni zamanda o qeyd edib ki, Rusiya ilə Ukrayna arasında danışıqlar davam edir və hələlik yekun plan və razılaşma yoxdur.

Martın 29-da İstanbulda Rusiya-Ukrayna danışıqları keçirilib. Danışıqlarda Ukraynanın NATO-ya üzv olmaqdan və nüvə silahından imtinasını, bloklara qoşulmamaq statusunu nəzərdə tutan, kağız üzərində təsbit olunmuş mümkün gələcək sazişin prinsipləri müzakirə olunub. Bundan sonra Rusiya Ukraynanın Kiyev və Çerniqov vilayətləri ətrafında tzyiqləri zəiflədib.

Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqlar bu gün onlayn rejimdə davam edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!