HƏMAS 224 israillini əlində girov saxlayır

saytların hazırlanması

Evə çatdırılma

HƏMAS 224 israillini əlində girov saxlayır

Maraqlı

26 Oktyabr 2023 14:00 488


Dəqiqləşdirilmiş son məlumata görə, HƏMAS hərəkatı Qəzza sektorunda ən azı 224 nəfəri əsir saxlayır. 

Yenisabah.az xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Deniel Haqari səhər saatlarında təşkil olunan brifinqdə deyib. Onun sözlərinə görə, 224 ailə doğmalarının Qəzza sektorunda girov saxlanıldığı barədə bildiriş alıb. 

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Kassam” briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.  Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!