“Həmin quldurlar ölkəyə gəldilər və başladılar qudurmağa...” - Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“Həmin quldurlar ölkəyə gəldilər və başladılar qudurmağa...” - Əməkdar artist

Siyasət

20 Aprel 2023 15:45 2214


Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçiriləcək.

Artıq əsas diqqət qarşıdakı prezident və parlament seçkilərinə yönəlib. Hətta qardaş ölkədə baş tutacaq seçkilərə Azərbaycan cəmiyyətində belə böyük maraq var. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov Türkiyənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini bildirib:  pizza mizza

“Qardaş Türkiyədə may ayında həm parlament, həm də prezident seçkiləri keçiriləcək. Mən Ali Baş Komandan İlham Əliyevi nə qədər sevirəmsə, sayın Rəcəb Tayyib Ərdoğanı da o qədər sevirəm. Mən çox istərdim ki, bu seçkilərdə Ərdoğan qalib gəlsin və inanıram ki, bu seçimlə türk xalqı yanılmaz. Çünki biz bu illər ərzində nə var, nə yox gördük. Bu illər ərzində Ərdoğan PKK terror təşkilatının demək olar ki, 85 faizinin kökünü kəsdi. Görün o, nə boyda siyasət apardı, əvvəlcə dedi ki, qoy gəlsinlər, onlar dağlar aşaraq İraqdan gəldilər. Hətta həmin vaxt camaat onu qınadı ki, bu qatilləri niyə ölkəyə qəbul edirlər? Amma bu bir siyasət idi, o, bütün Avropaya göstərirdi ki, baxın, mən barışığa gedirəm. Bu çox böyük siyasət idi. Həmin quldurlar ölkəyə gəldilər və başladılar qudurmağa. Artıq Ərdoğanın əlinə fürsət düşdü və başladı öz işini görməyə. Beləcə, onların kökünü kəsdi”. 

O, 44 günlük Vətən Müharibəsini yada salaraq Türkiyənin dəstəyini xatırladıb:

“Əvvəllər addımbaşı İstanbulda partlayışlar olurdu, bunun kökünü sayın Ərdoğan kəsdi. Eləcə də o, İkinci Qarabağ Müharibəsində bizə dəstək oldu, Şuşa bəyannaməsini imzaladı. Bu zarafat deyil, 80 milyonluq ölkənin başçısı düşmənə göz dağı vermək üçün birbaşa Şuşaya gəldi. Bundan böyük nə ola bilərdi? Mən Rəcəb Tayyib Ərdoğana uğurlar arzulayıram, inanıram ki, Azərbaycan xalqının da çox hissəsi elə mənim kimi düşünür. Allah qardaş Türkiyə Cümhuriyyətinin də, Azərbaycan Respublikasının da hər zaman yanında olsun. Allah hər iki prezidentin canını sağ etsin”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!