Həmkarı Əjdər Olun həbsi haqda: ““Bu qərarın ədalətli olması...“

Həmkarı Əjdər Olun həbsi haqda: ““Bu qərarın ədalətli olması...“

Yazar Veb saytların hazırlanması

07 Aprel 2022 15:02 3816


"Problem sistemdədir, fərdlərdə deyil”.

Bunu Yenisabah.az-a açıqlamasında yazıçı Şərif Ağayar deyib.

O, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) keçmiş aparat rəhbəri şair Əjdər Olun həbsinə münasibət bildirib.

Xatırladaq ki, məhkəmənin qərar ilə Əjdər Olun 589 min 760 manat pulu müsadirə edilərək ƏƏSMN hesabına köçürülüb.

Həbs olunan digər sabiq məmurlarla müqayisədə Əjdər Ol ilə bağlı xəbər daha böyük ajiotaj doğurmuşdu. Çünki söhbət sıravi məmurdan daha çox çoxsayılı lirik şeirlərə imza atmış şairdən gedirdi.

Şərif Ağayarın sözlərinə görə, istintaqa və məhkəməyə inansaq, Əjdər Olun həbsini haqlı saymalıdır:

“Bu qərarın ədalətli olması üçün Azərbaycan məmurlarının bir çoxu müttəhim kürsüsündə oturmalıdır. Çünki vəzifəyə keçib pullanmaq Azərbaycanda az qala milli adət-ənənəyə çevrilib.

Yüksək vəzifə daşıyıb varlanmayan 5 nəfər adı çəkə bilərsinizmi?! Şəxsən mən sonuncu dəfə Elçibəyin şəxsində belə bir adam görmüşdüm. Deməli, problem sistemdədir, fərdlərdə deyil”.

Nəzrin Vahid

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!