Həmkəndlisini qətlə yetirən şəxsə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Həmkəndlisini qətlə yetirən şəxsə hökm oxundu

Kriminal

22 Noyabr 2025 11:43 606


Həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Şəhliyar Bayramlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Yeni Sabah" xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 17 il müddətə azadlıqdan məhrum edilib. Dördpendirli pizza

Hadisə ötən il aprel ayında Yevlax rayonunda baş verib. Mübahisə nəticəsində təqsirləndirilən Şəhliyar Bayramlı həmkəndlisi Musa Orucovu bıçaqlayaraq qətlə yetirib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 228.4-cü maddələri ilə ittiham edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!