Həmkəndlisinin evini qarət etdi

saytların hazırlanması

Evə çatdırılma

Həmkəndlisinin evini qarət etdi

Kriminal

21 Sentyabr 2024 09:13 739


Oğuz rayonunun Xaçmaz kəndində yerləşən evlərin birindən oğurluq edilib.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, ev sahibi 2000 manat pulun, qızıl-zinət və məişət əşyalarının naməlum şəxs tərəfindən oğurlanması barədə polisə məlumat verib.

Əməli törətmək şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, əvvəllər də məhkum olunmuş Polad İbrahimov saxlanılıb. pizza hut

O, oğurladıqlarının bir qismini Gəncə və Qəbələdə satdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə P.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!