Göyçay sakini həmyerlisini bıçaqlayıb.
"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Bığır kəndində qeydə alınıb. Rayonun Alxasafa kənd sakini 1997-ci il təvəllüdlü İmranov Bilal Bəhman oğlu qonaq gəldiyi Bığır kəndində bir neçə bıçaq xəsarəti alıb.
Onun gecə saat saatlarında şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Bığır kənd sakini, 1986-cı il təvəllüdlü Tofiq Qurbanov tərəfindən bıçaqlandığı bildirilir. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Dominos pizza
Davud Tarverdiyev
Telegram kanalımız