HƏP sədri İlham Əliyevi dəstəklədi

saytların hazırlanması

Evə çatdırılma

HƏP sədri İlham Əliyevi dəstəklədi

Siyasət

18 Dekabr 2023 13:13 551


Haqq Ədalət Partiyasının Mərkəzi Qərargahında partiyanın İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, HƏP sədri Əli İnsanov İlham Əliyevin növbədənkənar prezident seçkilərində namizədliyi barədə YAP-ın qəbul etdiyi qərarı dəstəklədiyini bildirib.

“Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi 20 ildə həyata keçirdiyi işlər və böyük nailiyyətlər bizə tam əsas verir ki, deyilən qərarı dəstəkləyək və müvafiq qərar qəbul edək”. pizza mizza

İclasın sonunda Haqq Ədalət Partiyası adından 2024-cü il fevralın 7-də keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə yekdilliklə qərar və bəyanat qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!