Dünyanın ən zəngin on adamının sərvəti planetin ən yoxsul əhalisinin 40%-nin - 3,1 milyard insanın əmanətindən artıqdır.
Yenisabah.az xəbər verir ki, bu barədə “Oxfam” beynəlxalq xeyriyyə və humanitar təşkilatının mayın 23-də dərc olunmuş hesabatında deyilir .
Hesabatda bildirilir ki, dünyada 2.688 milyarder var, bu da 2 il əvvəlkindən 573 nəfər çoxdur və onların ümumi sərvəti 12,7 trilyon dollardır. Pepperoni pizza
“Oxfam”a görə, 20 ən böyük milyarderin sərvəti Böyük Səhradan cənub-şərqi Afrika ölkələrinə qədər olan dövlətlərin ümumi daxili məhsulundan (ÜDM) çoxdur.
Mütəxəssislər qeyd edirlər ki, koronavirus başlayandan bəri hər 30 saatdan bir dünyada yeni milyarder peyda olur. Son 2 ildə milyarderlərin ümumi sərvəti əvvəlki 23 ilin hamısından daha çox artıb. Hazırda onların ümumi sərvəti dünya ÜDM-nin 13,9%-ni təşkil edir ki, bu da 2000-ci illə müqayisədə 3 dəfə çoxdur.
İqtisadçılar xüsusilə enerji və qida sektoru ilə məşğul olan şirkətlərin sahiblərinin son illərdə xüsusilə böyük - 2 ildə 453 milyard dollar mənfəət əldə etdiklərini qeyd edirlər.
Telegram kanalımız