Hər an hirsini üstünüzə tökməyə hazırdırlar - Əsəbi bürcləri tanıyın 

saytların hazırlanması

Evə çatdırılma

Hər an hirsini üstünüzə tökməyə hazırdırlar - Əsəbi bürcləri tanıyın 

Maraqlı

25 Oktyabr 2023 17:17 10838


Astrologiya ilə maraqlananlar bürclərin xüsusiyyətlərini izləyir, ərtafındakılar haqda məlumatlı olmağa çalışırlar. 

Bu dünyada bəzi bürclər qəzəbləri ilə xüsusi olaraq seçilir. 

Bəzi bürclər hirsləndikləri zaman əsəblərini cilovlaya bilmirlər və ətrafdakı insanları incidə bilirlər.  pizza mizza

Yenisabah.az bu bürcləri təqdim edir 

Qoç 

Qoç astrologiyada ən iddialı və səbirsiz bürclərdən biri kimi tanınır. Qoçlar həyatları boyu mənfi hadisələrlə qarşılaşmaq istəmirlər. Daim həyatları üçün planlar qururlar. Bu planlar yaxşı getməyəndə nəzarətdən çıxa bilərlər. Qoçlar qəzəbləndikləri zaman gözləri heç kimi görmür və kobud rəftarları ilə ətrafdakı hər kəsi özündən uzaqlaşdıra bilirlər. 

ŞİR 

Şir bürcündən olan insanların həyatında uğursuzluqlara yer yoxdur. Xüsusilə, iş həyatında həmişə zirvədə olmaq istəyirlər. Şirlər istədiklərini əldə etmədikdə çox əsəbiləşə bilərlər. Şirlər nəzarət altında yaşamağı sevmirlər. İşlər onun nəzarətindən çıxanda qəzəbi ilə hər kəsə gərgin anlar yaşada bilirlər. 

BUĞA

Buğanın ən qəzəbli bürclər siyahısında olması hər kəsi təəccübləndirə bilər. Ancaq Buğa bürcləri göründüyü qədər sakit deyil. Buğalar, ümumiyyətlə, intizamlıdır və qaydalar daxilində yaşamağı sevirlər. 

Lakin bu qaydalar bəzən buğaların gərginləşməsinə səbəb ola bilər.

QIZ BÜRCÜ 

Qız bürcü həyatında hər şeyin mükəmməl olmasını istəyir. O, mükəmməl yaşamaq üçün əlindən gələni edir. Qızlar həmişə yüksək gözləntilərə malikdirlər. Gözləntiləri doğrulmayanda və planları istədikləri kimi getməyəndə çox əsəbiləşirlər.

 ƏQRƏB 

Əqrəblər həmişə öz emosiyaları ilə hərəkət etməyi xoşlayırlar. Əqrəblər sakit qalmaqda çətinlik çəkə bilərlər. Əqrəblər qəzəbli olduqlarını göstərməyə üstünlük vermirlər. Ancaq çox qəzəbləndikləri zaman qisas almadan qarşı tərəfdən əl çəkmirlər. 

Nəzrin MUSAYEVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!