Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında büdcə məsələlərinin müzakirəsi zamanı sabiq prezident Serj Sarkisyanın mətbuat vasitəsilə ona mesajlar göndərdiyini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, Paşinyan deyib: “Guya yeni hökumət büdcəni formalaşdıra bilmir. Sarkisyan bununla demək istəyir ki, biz vergiləri yığmaqda acizlik nümayiş etdiririk. Nazirlik və komitələrdə çalışanların 90 faizi sənin öz adamlarındır, deməli səriştəsiz olan sənsən”.
Daha sonra Paşinyan Sarkisyanla bağlı bunları xatırladıb: “Mənim onunla bir neçə dəfə təkbətək görüşüm olub. Hər dəfə görüşəndə o, cibindəki vərəqi çıxarıb oxuyandan sonra yadda saxladıqlarını mənə deyirdi. Sonuncu görüşümüzdə vərəqi cibinə qoymağı unutmuşdu. Görüşə başlayanda nə deyəcəyini bilmədi. Köməkçiyə bildirdi ki, otaqdan vərəqi ona gətirsin. Deməli, onun nəzərdə tutulan görüşlərində deyəcəyi sözləri kimsə əvvəlcədən yazıb verirmiş, o da oxuyurmuş. Görüşlərdə bir az diqqətli olmaq lazım idi, çünki ola bilərdi ki, cibindəki vərəqləri səhv salasan”. Sezar pizza
Telegram kanalımız