“Türkiyədə keçirilən bələdiyyə seçkiləri hakim partiyanın artıq siyasi dayaqlarının zəiflədiyini göstərir. AKP MHP ilə birgə "Cümhur İttifaqı" təsis etməsəydi İstanbul ( İstanbulda CHP -nin qalib gəlməsi deyilir) və digər böyük şəhərlərdə AKP məğlub olacaqdı”.
Bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, hazırda Türkiyədə prezident institutu güclü oluğu üçün əsas siyasi hakimiyyət Ərdoğanın əlindədir:
“Bələdiyyə sistemi əvvəlki illərə baxanda bir qədər zəiflədilib. Növbəti seçkilərdə MHP AKP -dən ayrılarsa, AKP iqtidardan gedə bilər. CHP və İYİ partiyasının Ankarada və digər şəhərlərdə qələbə çalması göstərir ki, bu ittifaq getdikcə yeni uğur qazanır. Bir məsələni qeyd edim ki, CHP və AKP millətçilər olmasa idi, heç biri təkbaşına seçkilərdə kifayət qədər səs qazana bilməzdi. Hər iki partiya millətçilərə borcludur. pizza hut
Türkiyədə xalq artıq dəyişikliyə maraqlıdır. AKP-nin tək başına seçkilərdə məğlub olması aydın görünür. Hesab edirəm ki, növbəti seçkilərdə MHP AKP dən ayırılarsa, Türkiyə tarixində böyük dəyişikliklər ola bilər. Ərdoğan bundan sonra çalışacaq ki, xalqın siyasi dəstəyini qazanmaq üçün yeni açılımlara getsin. Amma islahatlarda səmərə verməyə bilər”.
Politoloq vurğulayıb ki, İYİ partiya cə CHP Türkiyədə növbəti seçkilər dönəmində həll edici bir səs ala bilərlər:
“Hər iki partiya bu seçkilərdən sonra ittifaqlarını daha da möhkəmləndirəcək. Ərdoğanın keçmiş dostları baş nazir M. Davudoğlu və eks-prezident Abdullah Gül, Abdullatif Şener partiya təsis edərlərsə CHP və İYİ partiya ilə müttəfiqliyə gedə bilərlər. Bu da Türkiyədə yeni dəyişiklilər deməkdir”.
Telegram kanalımız