İstanbul bələdiyyəsinin sədri seçilən və “Her şey çok güzel olacak” şüarı ilə yeni mübarizəyə başlayan CHP-nin namizədi Əkrəm İmamoğlunun bu sloqanının maraqlı yaranışı var.
“Yeni Sabah” xəbər verir ki, həmin şüar bir yeniyetmə tərəfindən səsləndirilib. Belə ki, seçki təbliğatı avtobusunda olan Əkrəm İmamoğluya yaxınlaşan bir azyaşlı “Ekrem abi, her şey çok güzel olacak” deyir. Buna cavab olaraq İmamoğlu “Afərin sənə, dəliqanlı. Cocuğa bax “Her şey çok güzel olacak” deyir. Bu inanc bizə yetər” deyə fikir bildirib.
Sonradan “Her şey çok güzəl olacaq” onun seçki şüarına çevrilib və hazırda ən çox istifadə edilən sosial media haştağıdır. pizza mizza
Telegram kanalımız