“Onun nə dediyini özündən soruşun. Nə düşündüyünün və fikirləşdiyinin mənə dəxli yoxdur. Hər şey özünə bəllidir”.
Bunu “Yeni Sabah”a açıqlamasında Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə deyib.
O, teatrın aktrisası, Əməkdar artist Mehriban Xanlarovanın işdən çıxması və ittihamları ilə bağlı danışmaq istəmədiyini bildirib. Pepperoni pizza
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Mehriban Xanlarova istefa ərizəsini yazıb. Aktrisa işdən ayrılmasına səbəb Mehriban Ələkbərzadənin yarıtmaz idarəçiliyini göstərib.
Aydan Hacı
Telegram kanalımız