“Hər zaman döyüş bölgələrində əsgərlərin yanında olub” - Şəhid generalın 30 illik dostu

saytların hazırlanması

Evə çatdırılma

“Hər zaman döyüş bölgələrində əsgərlərin yanında olub” - Şəhid generalın 30 illik dostu

Xalqın səsi

14 İyul 2020 23:03 1302


“Bu gün Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Nə yaxşı ki, Polad Həşimov kimi bir qardaşı tanımışam. 1988-ci ildən onu tanıyıram. Onun şəhidlik zirvəsinə ucalması ilə fəxr edirəm”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Oxu.Az-a bu gün şəhid olan general-mayor Polad Həşimovun 30 illik dostu, sinif yoldaşı Rövşən Məmmədov deyib. 

O bildirib ki, bu gün Polad Həşimov yenidən doğulub: Marqarita pizza

“O, hər zaman döyüş bölgələrində əsgərlərin yanında olub. Bütün əsgərləri öz övladı bilirdi. Həmişə ailəsinə, yoldaşlarına deyirdi ki, siz mənim ürəyimdəsiz. Amma məni hərbi xidmətdə balalarım gözləyir”.

Qonşusu Mahir Məmmədov deyir ki, Polad haqqında danışmaq həm ağrılıdı, həm sevinclidi:

“Şəhid adı almaq hər kəsə nəsib olmaz. Bütün Azərbaycan, eləcə də Sumqayıt generalı ilə fəxr edir. Gənclər, vətənpərvər oğullar onun, bütün şəhidlərimizin qanını yerdə qoymayacaq. Allah bütün şəhidlərə rəhmət eləsin. Vətən sağ olsun!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!