Hərbçilərimiz Türkiyədə komando kursunda iştirak edir

saytların hazırlanması

Evə çatdırılma

Hərbçilərimiz Türkiyədə komando kursunda iştirak edir

Rəsmi

26 Avqust 2025 20:50 933


Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularından ibarət növbəti heyət “Dağ komando kursu”nda iştirak etmək üçün qardaş ölkənin İsparta şəhərinə yola düşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında keçiriləcək kursda dinləyicilərə sutkanın istənilən vaxtı və müxtəlif şəraitdə müasir döyüşaparma üsulları, həmçinin yeni texnologiyaların imkanları öyrədiləcək. Pepperoni pizza

Qeyd edək ki, keçirilən kursun əsas məqsədi komando bölmələrinin döyüş vərdişlərinin artırılması və şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!