“Hərbi əməliyyatı dayandırsaq, bizi parça-parça edəcəklər”   - Medvedyev

saytların hazırlanması

Evə çatdırılma

“Hərbi əməliyyatı dayandırsaq, bizi parça-parça edəcəklər” - Medvedyev

Siyasət

22 Fevral 2023 14:36 775


“Əgər Ukraynaya qarşı müharibədə uduzsaq, o zaman Rusiya parçalanacaq və yox olacaq”. 

Azpost.info xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. 

“Qələbə qazanmadan xüsusi hərbi əməliyyatı dayandırsa, Rusiya mövcud olmayacaq, onu parça-parça edəcəklər”, - Medvedyev bildirib.  Pepperoni pizza

Medvedyev ABŞ prezidenti Co Baydenin Rusiya xüsusi əməliyyatı dayandıracağı təqdirdə münaqişənin dərhal sona çatacağına dair bəyanatını da tənqid edib: “Bu, cəfəngiyyatdır. Həqiqət tamam başqadır. Əgər ABŞ Kiyev rejiminə silah verməyi dayandırsa, Ukraynadakı müharibə başa çatacaq”. 

Medvedyev Baydenin ABŞ-ın Rusiyaya hücum etmək niyyətində olmadığı barədə ruslara müraciətində dürüst olmadığını da qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!