Hərbi İnstitutda Türkiyənin Zəfər Bayramı qeyd olundu - Video

saytların hazırlanması

Evə çatdırılma

Hərbi İnstitutda Türkiyənin Zəfər Bayramı qeyd olundu - Video

Siyasət

30 Avqust 2022 20:38 929


Heydər Əliyev adına Hərbi İnstitutda qardaş Türkiyə Respublikasının 30 avqust - Zəfər Bayramının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə ulu öndərlər Heydər Əliyev və  Mustafa Kamal Atatürkün xatirələri bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib. Dördpendirli pizza

Sonra Türkiyənin İstiqlal savaşından bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin tarixindən, avqust ayının 30-nun Türkiyədə ən önəmli günlərindən biri olduğundan, ölkələrimizdə davamlı olaraq bu cür əhəmiyyətli tədbirlərin keçirilməsinin vacibliyindən danışıblar.

Ölkələrimiz arasında münasibətlərin bugünkü dostluq, qardaşlıq və strateji müttəfiqlik səviyyəsinə çatdırılmasında dövlət başçılarının müstəsna rolunun olduğu xüsusi vurğulanıb.

Sonda vətənpərvərlik mövzusunda mahnılar ifa olunub və şeirlər səsləndirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!