Hərbi nizamnamələrin yeni layihələri təqdim olundu

saytların hazırlanması

Evə çatdırılma

Hərbi nizamnamələrin yeni layihələri təqdim olundu

Rəsmi

30 May 2025 14:30 1243


Mayın 30-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qarovul Xidmətləri, habelə Daxili Xidmət nizamnamələrinin Silahlı Qüvvələrin aidiyyəti qurumlarının məsul vəzifəli şəxslərindən ibarət işçi qrupu tərəfindən hazırlanan yeni layihələri təqdim olunub.

Yenisabah.az xəbər verir ki, tədbirdə müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi nizamnamələrin yenilənməsi məqsədilə yaradılan işçi qrupunun fəaliyyəti və təqdim edilən layihələr barədə ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi intizamın daha da möhkəmləndirilməsi, nümunəvi hərbi xidmət edən hərbi qulluqçuların mükafatlandırılmasına dair tövsiyələr verib və aidiyyəti üzrə vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!