Hərbi prokuror yeni təyinatlara dair əmr imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Hərbi prokuror yeni təyinatlara dair əmr imzaladı

Rəsmi

16 Oktyabr 2025 13:12 1351


Hərbi Prokurorluqda yeni təyinatlar olub.

Yenisabah.az xəbər verir ki, hərbi prokuror, ədliyyə general-mayoru Bəhruz Əhmədov əmri ilə ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika Hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.

Bundan başqa, Şəmkir hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru vəzifəsinə təyin olunub. İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru Elxan Salamzadə isə, Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib. pizza sifarişi

Respublika Hərbi Prokurorluğundan APA-ya məlumatı təsdiq ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!