Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğluna Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə ittiham elan edilməsi və Hərbi Prokurorluğun təqdimatına əsasən, barəsində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Yenisabah.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq hərbi prokurorun böyük köməkçisi Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
O bildirib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək. Marqarita pizza
Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq "Bizim.media" yayıb.
Telegram kanalımız