Hərbi Qənimətlər Parkına yeni qənimət gətirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Hərbi Qənimətlər Parkına yeni qənimət gətirildi - Fotolar

Maraqlı

22 Oktyabr 2023 22:22 1021


Bakıdakı Hərbi Qənimətlər Parkına yeni hərbi texnika gətirilib.

Xezerxeber.az-ın özəl məlumatına görə, bu günlərdə Hərbi Qənimətlər Parkına yeni BMP (piyadaların döyüş maşını) daxil olub.

Bu texnika Azərbaycan Ordusu tərəfindən sentyabrın 19-da keçirilən və bir sutkaya yaxın davam edən antiterror tədbirləri nəticəsində ələ keçirilib. Marqarita pizza

Xatırladaq ki, antiterror tədbirlərindən sonra Hərbi Qənimətlər Parkına “T-72” tankı gətirilmişdi. BMP isə Hərbi Qənimətlər Parkına gətirilmiş sayca ikinci hərbi texnikadır. 

Hazırda həmin texnikalar Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!