Hərbi Qənimətlər parkındakı kuklalar yığışdırılıb?

saytların hazırlanması

Evə çatdırılma

Hərbi Qənimətlər parkındakı kuklalar yığışdırılıb?

Siyasət

20 Oktyabr 2021 15:32 3138


Ermənistan İctimai Televiziyasının iddiasına və sosial mediada yayılmış məlumatlara görə, Bakıdakı Hərbi Qənimətlər parkında erməni əsgərlərinin kuklaları və dəbilqələr eksponatlar arasından çıxarılıb. 

“Yeni Sabah” xəbər verir ki, bu haqda Toplum TV-nin sualını cavablandıran millət vəkili Fazil Mustafa mövzu barədə bilgisi olmadığını deyib:

“Amma heç nəyi götürmək lazım deyil. Biz sadəcə teatral görüntüdə onların vəhşiliyini göstərmişik. Burada nə var ki? Biz hansısa mülki şəxsi qətliama məruz qoymamışıq ki. Gəncədə, Bərdədə bunlar mülki şəxsləri qətl etdilər. Ona görə də onların heç birinin bu məsələdə bizə irad bildirmək üçün əsası yoxdur. Biz onların təkidi ilə nəyisə götürməməliyik. Bilgim yoxdur. Amma belə bir şey varsa, yalnış addımdır, heç nəyi götürmək lazım deyil”. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mehparə
    Təəssüf ki, xəbər doğrudur: erməni əsgərlərin maketləri və asılmış dəbilqələr götürülüb. Onlar petisiya keçirib Avropa məhkəməsinə şikayətlə müraciət edib buna nail oldular. 17 oktyabr bazar günü bu xəbəri “Sputnik Armenia” səhifəsində oxuyub əmin olmaq üçün getmişdim muzeyə.
    5 years ago
  • Hüseyn Hüseynov
    Bakıda "Hay yalanları muzeyi"nin yaradılması Qələbə Parkı qədər effektiv olar.
    5 years ago