Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - Video

saytların hazırlanması

Evə çatdırılma

Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - Video

Rəsmi

15 Aprel 2025 18:59 851


Müdafiə Nazirliyinin cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı davam edir.

Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Plana uyğun olaraq, hərbi vəzifəlilərin nizam-intizamını və mənəvi-psixoloji vəziyyətini artırmaq məqsədilə onlarla ictimai-siyasi hazırlıq məşğələləri keçirilib. Sezar pizza

Təlimə cəlb olunan heyət, həmçinin atəş hazırlığı üzrə məşğələlərə qatılıb, atıcı silahlar və əl qumbaraatanlarından praktiki atış çalışmalarını yerinə yetirib.

Keçirilən toplanışın əsas məqsədi ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də onlara yeni hərbi biliklərin aşılanmasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!