Hərbi xidmətin müddəti 6 aya endirilir? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Hərbi xidmətin müddəti 6 aya endirilir? - Açıqlama

Sosial

29 Avqust 2024 18:30 36005


Bu il qəbul imtahanlarında 27227 abituriyentin ali məktəblərə qəbul ola bilməməsi müzakirələrə səbəb olub. Onların əksəriyyəti oğlanlardır. İndi əsgər getməyə hazırlaşan gənclərin 1 il 6 aylıq hərbi xidmət dövründə əldə etdikləri biliklərin xeyli hissəsinin yaddan çıxacağı bildirilir. Ona görə də təklif olunur ki, həmin gənclərimizə 1 il möhlət hüququ verilsin. Bununla yanaşı, orta təhsilli şəxslərin hərbi xidmət dövrünün 1 il 6 aydan 1 ilə, ali təhsilli şəxslərin isə 1 ildən 9 və ya 6 aya endirilməsi təklif olunur.

Məsələylə bağlı Bakupost.az-a danışan hərbi ekspert Azad İsazadə çağırış prosesinin özünün istər-istəməz reformalar keçirməli olduğunu bildirib.

O, bu istiqamətdə müzakirələrin aparılmasına ehtiyac olduğunu deyib: Pepperoni pizza

“Məncə, ildə dörd çağırış çoxdur, yazda və payızda iki çağırışa keçməyi təklif edirəm. Sözsüz ki, ali məktəblərə qəbul olmayan gənclər əsgər getməlidir. Onlara möhlət hüququnun verilməsini düzgün hesab etmirəm. Ümumiyyətlə, proses get-gedə müqaviləli xidmət istiqamətində gedir. Hərbi peşəsindən asılı olaraq buna uyğun onların karantin müddəti təyin oluna bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!