Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin tibbi müayinəsi fərqli bir sistemlə olacaq. Bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Bayramov bildirib ki, artıq bununla bağlı hazırlıq işləri görülür. Agentlik sədri vurğulayıb ki, dövlət başçısının müvafiq fərmanı ilə 2024-cü il iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək.
Bəs görəsən bu addım fərrarilik hallarının və ordudan yayınmanın qarşısının alınmasında müsbət nəticə verəcəkmi? Marqarita pizza
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi-ekspert Emin Həsənli sözügedən islahatın faydalı olacağını düşünür.
“Bu sahədə islahatlar davam edir. Əslində, bu təşəbbüslə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni rəhbərliyi özü çıxış edib. İş və islahatlar olan yerdə nöqsanlar olacaq, bu təbiidir. Ancaq bütövlükdə əvvəlki illərlə müqayisədə çox ciddi işlər görülür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çağırışçıların son mərhələdə nəzərdə tutulan yoxlanışı aparılması daha məqsədəuyğundur, çünki bu zaman vahid baza sistemi olacaq”.
Ekspert peşəkar orduya keçid dövründə bu cür islahatların mərhələli formada davam edəcəyini qeyd edib.
“Fərarilik dünyanın bir çox ordularında var və bu ümumi bir bəladır. Ancaq bəzən əks proses olur, yəni sağlamlıq baxımından yararsız olan şəxslər belə gələcəkdə hüquq-mühafizə orqanlarında çalışa bilmək üçün hərbi xidmətə getməyə can atır. Təəssüflər olsun ki, bunlardan savayı ordumuzda yayınma halları da ciddi dərəcədədir. Hazırda bununla bağlı hüquqi bir mexanizm işlənilir və gələcəkdə peşəkar ordu modelinə keçdikdə bu islahatlar yerinə yetiriləcək”.
Nazim Hacıyev
Telegram kanalımız