“Hərə əlinə bir telefon götürüb müəllimi çəkir” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Hərə əlinə bir telefon götürüb müəllimi çəkir” - Deputat

Sosial

30 Sentyabr 2024 13:58 340


Vətəndaşların bank kartlarından pul vəsaitinin mənimsənilməsi ilə bağlı nəzarət gücləndirilməlidir.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov VII çağırış parlamentin payız sessiyası üzrə sentyabrın 30-da keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bununla bağlı Cinayət Məcəlləsində müvafiq maddə daha da sərtləşdirilməlidir: "Pensiya və əməkhaqqını mənimsəməyin qarşısı qəti şəkildə alınmalıdır". Pepperoni pizza

S.Novruzov əlavə edib ki, müəllimlərin də hüquqları müdafiə olunmalıdır: “Hərə əlinə bir telefon götürüb müəllimi çəkir. Müəllim şagirdə söz deyəndə valideynin onun üstünə hücum çəkməsi, müəllimin cəzalandırılması halları olmamalıdır. Onlar xalqın övladlarına dərs verir, öyrədirlər. Ola bilər ki, müəllim hansısa ifadəni düz işlətmir, amma onun hüquqları müdafiə olunmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!