“Məlumdur ki, əsasən payız aylarında, daha dəqiq desək, avqust ayından sonra dünya bazarında neftə olan tələbat artır. Yay aylarında isə tələb təbii olaraq, azalır. Ona görə də, indiyə qədər olan rəqəmlər riskli həddən aşağı düşməyib”.
Bu sözləri "Yeni Sabah"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, yanvar ayından bəri neftin orta qiyməti 65 dollardan yuxarı olub: pizza hut
“Neftin qiyməti dəyişkən tempdə olsa da, yanvar ayından bəri orta göstərici 65 dollardan yuxarı olub. Yadınızdadırsa, ilin əvvəlində qiymət 80 dollara qədər idi. İndi isə 65-dən yuxarıdır.
Məlumdur ki, əsasən payız aylarında, daha dəqiq desək, avqust ayından sonra dünya bazarında neftə olan tələbat artır. Yay aylarında isə tələb təbii olaraq, azalır. Ona görə də, indiyə qədər olan rəqəmlər riskli həddən aşağı düşməyib. Bundan sonra qiymətin aşağı düşəcəyi proqnozlaşdırılmır".
Deputat bildirib ki, payıza doğru tələbata görə neftin qiyməti yenidən artacaq:
“İllik təcrübə də onu göstərir ki, payız-qış mövsümü gələn zaman neftə tələbat daha da artır. Yəni bir neçə aydan sonra neft qiymətlərində artım yenidən özünü göstərəcək. Ona görə də, büdcədəki neft qiymətində dəyişiklik nəzərdə tutulmur. Hətta neftimizin qiyməti 55 dollara qədər düşsə belə, büdcə gəlirlərinə ciddi təsir göstərmir”.
Deputat Vüqar Bayramov isə vurğulayıb ki, hələlik neftin bazar qiymətinin nisbətən aşağı olması, bütövlükdə büdcə daxil olmalarına və Azərbaycan iqtisadiyyatına neqativ təsir göstərmir:
“Neftin 1 barrelinin qiyməti 70 dollar olaraq nəzərdə tutulub. Son 5 ayda olan orta qiymətə baxsaq, elə 70 dollar ətrafında dəyişib. Baxmayaraq ki, son 2 ayda neftin qiyməti nisbətən aşağı idi, amma ilk aylarda qiymətin yüksək olması orta qiymətin 70 dollar ətrafında dəyişməsinə gətirib çıxarıb.
Eyni zamanda, büdcə gəlirlərinin 51 faizi qeyri-neft sektorunun payına düşəcək. Bu kontekstdən hələlik neftin bazar qiymətinin nisbətən aşağı olması, bütövlükdə büdcə daxil olmalarına və Azərbaycan iqtisadiyyatına neqativ təsir göstərmir”.
Xatırladaq ki, cari ilin büdcəsində neftin orta-illik qiyməti neqatif 60, normal 65, pozitiv ssenari ilə 70 dollar şəklində qəbul olunub.
Nazim Hacıyev
Telegram kanalımız