Bakıda arvadını bıçaqlayıb xaricə qaçdı -   Çində tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda arvadını bıçaqlayıb xaricə qaçdı - Çində tutuldu

Kriminal

26 Noyabr 2025 10:26 774


Noyabrın 24-də Bakının Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək Azərbaycandan qaçan şəxs saxlanılıb.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Aparılan araşdırmalarla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan Çinə gedib.  pizza mizza

Daxili İşlər Nazirliyinin əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri tədbirlər nəticəsində R.İbrahimov Çinin Xianyang şəhərində saxlanılıb.

Hazırda onun Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!