Həyat yoldaşının boğazını qısqanclığa görə kəsib

saytların hazırlanması

Evə çatdırılma

Həyat yoldaşının boğazını qısqanclığa görə kəsib

Kriminal

12 Fevral 2019 21:22 1174


Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonunda 1970-ci il təvəllüdlü Qurbanov Tufan Baba oğlu həyat yoldaşı, 1979-cu ildə anadan olmuş Qurbanova Lalə Həsən qızını amansızlıqla qətlə yetirib. O, həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib, qadının boğazını kəsici alətlə kəsib.

Hadisənin bəzi məqamlar üzə çıxıb. Qurbanov Tufan polisə ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini etiraf edib. O bildirib ki, həyat yoldaşının başqa şəxslər münasibətinin olduğundan şübhələnib və əsəblərinə hakim ola bilməyərək onu öldürmək qərarına gəlib.

Tufan Qurbanov evdə xanımına çoxsaylı bıçaq zərbələri endirib və onun öldüyünə əmin olmaq üçün boğazını kəsib. Dördpendirli pizza

Qeyd edək ki, ailənin 3 övladı qalıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Publika.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!