Regional hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən "Flydubai" aviaşirkətinə məxsus Kazan-Dubay və Moskva-Dubay marşrutları üzrə hərəkət edən hava gəmilərinin kapitanları ehtiyat hava limanı qismində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün müraciət ediblər.
Bu barədə “Yeni Sabah”a Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Kazan-Dubay reysi yerli vaxtla saat 11:25-də, Moskva-Dubay reysi isə saat 11:43-də Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz şəkildə eniş edib. pizza mizza
Telegram kanalımız