Zəlzələnin baş verməsindən ötən günlər ərzində ölkəmizdən zəlzələ zonasına davamlı olaraq xilasedicilər, həkimlər, könüllülər göndərilir. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə böyük yardımlar göstərilir.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə bildirib ki, bu gün Azərbaycan xalqı qardaş ölkəyə dəstəyi ilə bir daha göstərdi ki, xalqlarımız arasında yalnız dövlət başçıları səviyyəsində deyil, sadə vətəndaşlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarını ən yüksək səviyyədə cavablandıran Azərbaycan xalqı bütün imkanlarını səfərbər edib. pizza sifarişi
YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, faciədən zərər çəkmiş şəxslər üçün Fond tərəfindən 36 ton humanitar yardım göndərilib.
Heydər Əliyev Fondunun fəaliyyəti insanlara mərhəmət, xeyirxahlıq kimi ali dəyərlər üzərində qurulub. Mehriban xanım Əliyevanın qeyd edilən paylaşımında əksini tapan fikirlər özündə bütün çağırışları ehtiva edir.
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Mehriban xanım Əliyeva paylaşımında Azərbaycan dövlətinin, xalqının dəstəyində payı olan hər kəsə - axtarış-xilasetmə işlərinə cəlb olunmuş əməkdaşlara, insanlara tibbi yardım göstərən səhiyyə işçilərinə, diplomatik xidmət nümayəndələrinə, KİV təmsilçilərinə təşəkkür etməsi, hər kəsin əməyini yüksək dəyərləndirməsi onun insansevərliyinin, dövlətinə, xalqına bağlılığının təsdiqidir.
Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, Heydər Əliyev Fondu bir daha özünün mərhəmət, xeyirxahlıq nümunəsini ortaya qoydu. Bu nümunə hər birimizin yardım kampaniyasında fəal iştirakımızda, dəstəyimizdə öz sözünü deyir.
Telegram kanalımız