Heydər Əliyev Fondu mükafata layiq görüldü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Heydər Əliyev Fondu mükafata layiq görüldü - Foto

Mədəniyyət

05 Dekabr 2019 18:56 1115


Heydər Əliyev Fondu Moskva hökumətinin “Moskva restavrasiyası - 2019” müsabiqəsinin xüsusi mükafatına layiq görülüb.

Fonddan "Yeni Sabah"a daxil olan xəbər verir ki, bu mükafat Fonda Rusiya paytaxtındakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirinin yüksək səviyyədə təşkilinə görə təqdim edilib.

Mükafatı Moskva şəhərinin meri Sergey Sobyanin təqdim edib. Dominos pizza

“Moskva restavrasiyası - 2019” mədəni irs obyektlərinin qorunması və təbliği sahəsində ən yaxşı layihə müsabiqəsi  artıq 9-cu dəfədir keçirilir. Bu il təşkilatçıya 48 obyekt üzrə 96 ərizə daxil olub.

Qeyd edək ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonu 1939-cu ildə inşa olunub. Moskva hökuməti keçmiş sovet respublikalarına milli pavilyonların bərpası təklifini irəli sürdükdən sonra 2017-ci ildə pavilyon rəsmi olaraq Azərbaycan tərəfinə təhvil verilib və burada Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işlərinə başlanılıb. Noyabrın 23-də  pavilyonun bərpa işlərindən sonra açılış mərasimi keçirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!